Главная > Ölkə > Neftin qiyməti ilə bağlı növbəti - Bədbin proqnoz

Neftin qiyməti ilə bağlı növbəti - Bədbin proqnoz


24-02-2016, 21:05.
Neftin qiyməti ilə bağlı növbəti - Bədbin proqnoz
"Fitch" Beynəlxalq Reytinq Agentliyi 2016-cı il üçün neftin qiymətinin
proqnozunu 22,2% - bir barel üçün 45 dollardan 35 dollara qədər azaldıb. 

Bu barədə Fitch-in açıqlamasında bildirilir.

Agentliyin yeni ssenarisinə əsasən, bu il "Brent" və WTI neft markalarının
orta qiyməti 35 dollar səviyyəsində olacaq.

Belə proqnozun səbəblərini açıqlayan "Fitch" qışın isti keçməsini və bunun
nəticəsi olaraq yanacaq ehtiyatlarının çoxalmasını, OPEK ölkələri tərəfindən
yanvar ayında hasilatın artırılmasını qeyd edir. Bundan başqa, qlobal iqtisadi
artım üzrə proqnozların pisləşməsi də səbəb kimi göstərilir.

Fitch-in stress (bədbin) proqnozuna əsasən, 2016-cı ildə neftin bareli orta
hesabla 25 dollar olacaq.


Trend.az
 

Вернуться назад