Главная > Ümumi > Prezident 2 nəfərə Xalq, 4 nəfərə Əməkdar artist fəxri adı verdi

Prezident 2 nəfərə Xalq, 4 nəfərə Əməkdar artist fəxri adı verdi


10-12-2018, 18:51.

          Prezident 2 nəfərə Xalq, 4 nəfərə Əməkdar artist fəxri adı verdi

Prezident İlham Əliyev "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.

 

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

 

"Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

 

"Əməkdar artist”

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

 

"Əməkdar mədəniyyət işçisi”

Rəhimli Rafiq Səfər oğlu

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

İlham Əliyev başqa bir sərəncamla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxsləri təltif edib:

 

3-cü dərəcəli "Əmək” ordeni ilə

Qasımov Tariel İsgəndər oğlu

 

"Tərəqqi” medalı ilə

Babayeva Məsumə Mustafa qızı

Babayeva Sona

Əliyev Rahib Səyidağa oğlu

Əsədov İsa Qadir oğlu

Hüseynova Kəmalə Müzəffər qızı

Muradxanlı Ələsgər Calal oğlu

 


Вернуться назад