Главная > Ümumi > Bədii gimnastika üzrə dünya çempionatı Sofiyada keçiriləcək

Bədii gimnastika üzrə dünya çempionatı Sofiyada keçiriləcək


5-12-2018, 08:37.

           Bədii gimnastika üzrə dünya çempionatı Sofiyada keçiriləcək

 

2022-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

AZƏRTAC Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qərar FIG İcraiyyə Komitəsinin Bakıdakı iclasında qəbul edilib.

2022-ci ilin dünya çempionatı sentyabrın 12-18-də keçiriləcək.

Verilən məlumata görə, Moskva 2019-cu il iyulun 19-21-də yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinə ev sahibliyi edəcək.

 


Вернуться назад