Главная > Ümumi > Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanılıb
Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanılıb5-12-2018, 10:43. |
Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakı hava limanında saxlanılıb Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb. "Report”un xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub. Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.
Вернуться назад |