Главная > Region > “Azərişıq"dan qəribə təyinat

“Azərişıq"dan qəribə təyinat


24-02-2016, 16:54.
Yol verdiyi nöqsanlara və maddə ilə işdən çıxarılan şəxsə Cəlilabadda vəzifə verilib 

Bir müddət əvvəl «Azərenerji» ASC-dən ayrılaraq, müstəqil quruma çevrilən «Azərişıq» şirkəti qəribə bir təyinat həyata keçirib. JAM.AZ xəbər verir ki, Əliheydər adlı şəxs tərəfindən şirkətin rəhbəri Baba Rzayevə göndərilən məktubda vurğulanır ki, bir müddət Lerik Enerji Satışı Şəbəkəsi İdarəsinin sabiq rəisi Aydın Məmmədova yeni vəzifə verilib.

Belə ki, Cənub Regional İdarəsinin apardığı yoxlama nəticəsində xeyli yeyintisi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzə çıxan sözügedən şəxs maddə ilə işdən çıxarılıb. Daha sonra isə Aydın Məmmədov yenidən Lerik Enerji Satışı Şəbəkəsi İdarəsinə rəis gəlmək istəsə də, rayon rəhbərliyi buna imkan verməyib. Səbəb kimi də maddət ilə işdən çıxarılan şəxsin belə bir vəzifəyə layiq olmadığı göstərilib. 

Lakin maraqlı məqam odur ki, Aydın Məmmədov çox keçmədən daha böyük bir rayonda vəzifə sahibi olub. JAM.AZ xəbər verir ki, adıçəkilən şəxs qısa müddətdən sonra Cəlilabad Enerji Satışı Şəbəkəsi İdarəsinin rəisi təyin olunur. Şikayətçi Əliheydər müəllim bununla bağlı qeyd edir ki, maddə ilə işdən çıxarılmış, işdə ciddi nöqsanlara yol vermiş birinə böyük bir rayonun elektrik enerjisi təminatını etibar etmək heç bir məntiqə sığmır. Onun sözlərinə görə, belə bir təyinatın həyata keçirilməsi əsaslı şübhələr üçün şərait yaradır. 

Qarşı tərəfi dinləməyə hazırıq. 
Вернуться назад