Главная > Maraqlı > Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü - Video

Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü - Video


2-12-2018, 19:51.

              Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü -Video

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.

Bu barədə Nyu-York Polis Departamentinin "Tvitter" səhifəsində bildirilir.

Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: "O (gəlin) "hə!" dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı".

Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun "Tvitter" səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.

 


Вернуться назад