Главная > Ümumi > İndoneziyada torpaq kütləsi hotelin üstünə uçdu: 7 tələbə həlak olub

İndoneziyada torpaq kütləsi hotelin üstünə uçdu: 7 tələbə həlak olub


2-12-2018, 20:14.

           İndoneziyada torpaq kütləsi hotelin üstünə uçdu: 7 tələbə həlak olub

 

İndoneziyanın Şimali Sumatra vilayətində sürüşmə nəticəsində topraq kütəlisinin mehmanxananın üstünə uçması səbəbindən 7 tələbə həyatını itirib.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb.

Yerli xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, tələbələr sürüşmə zamanı Karo dairəsində yerləşən hoteldə olublar: "Onlar səyahət edən universitet tələbələri idi".

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

 


Вернуться назад