Главная > Hadisə > Bakıda maşın üç nəfəri vurdu

Bakıda maşın üç nəfəri vurdu


29-11-2018, 16:12.

         Bakıda maşın üç nəfəri vurdu

 

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.combildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub. Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 


Вернуться назад