Главная > İqtisadiyyat > Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb

Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb


29-11-2018, 12:35.

           Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb

 

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 5,18 lirəyə düşüb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə Amerika valyutası sonuncu dəfə bu qiymətə 4 ay bundan əvvəl olub.

Türkiyədə dolların ucuzlaşması onun bütün dünyada dəyər itirməsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel (Jerome Powell) açıqlamasında ölkədə uçot dərəcəsinin neytral həddə yaxın olduğunu bildirib. Bu isə FED-in gələn il faiz artımına getməyəcəyi barədə fikir formalaşdırıb və dolları ucuzlaşdırıb.

 


Вернуться назад