Главная > Ümumi > Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər

Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər


28-11-2018, 15:35.

          Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər

 

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

DİN-nin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

 


Вернуться назад