Главная > Türk Dünyası / Cəmiyyət > Türk Dünyası qadınları Bakıda TOPLAŞIR

Türk Dünyası qadınları Bakıda TOPLAŞIR


27-11-2018, 20:54.

                 Türk Dünyası qadınları Bakıda TOPLAŞIR

İstanbulda təsis olunan Türk Dünyası Qadın Platformu (TÜRKAP) növbəti görüşünü Azərbaycanda keçirəcək.

 

 Türkiyədə və Özbəkisktanda olan görüşlərdən sonra növbəti dayanacaq Azərbaycandır. Görüşlər ayın 29-u, 30u olacaq. Ayın 28-i qonaqlar artıq Bakıda olacaq. Türk dilində danışan ölkələrin qadınlarının indiyəqədər olmayan unikal bir ideya ətrafında birləşdirməyi hədəf götürən bu proyektdə önəmli müzakirələr olacaq. Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə, Türk PA-nın baş katibi Altınbek Mamayusupov ilə və bir sıra önəmli görüşlər gözlənilir.

Noyabr ayının 30-u mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında maraqlı detallar paylaşılacaq.

Əlavə məlumat almaq istəyənləriIlhama_nov@yahoo.comünvanına yaza bilərlər.//moden.az

 


Вернуться назад