Главная > İqtisadiyyat > Venesuela Prezidenti: "Neftin qiyməti 100 dollar/barel olmalıdır"

Venesuela Prezidenti: "Neftin qiyməti 100 dollar/barel olmalıdır"


22-11-2018, 12:49.

       Venesuela Prezidenti: "Neftin qiyməti 100 dollar/barel olmalıdır"

 

"Neftin qiyməti, təxminən, 100 dollar/barel olmalıdır. Bu, Venesuelanın tələb etdiyi ədalətli qiymətdir".

"Report" EFE-ye istinadən xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

O bildirib ki, karbohidrogenlərin aşağı qiymətə satılması Venesuela iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.

N.Maduro dünya bazarında neftin qiymətinin qaldırılması üçün mübarizə apardığını xatırladıb. Prezidentin sözlərinə görə, onun bu istiqamətdəki fəaliyyəti OPEC-in xeyrinədir və onları qoruyur.

Qeyd edək ki, son vaxtlar Venesuelada neft hasilatının həcmi son 30 ildə ən aşağı səviyyəyə düşüb.

 


Вернуться назад