Главная > Baş Xəbər / Video xəbər > Bu il qış çox sərt keçəcək - Video

Bu il qış çox sərt keçəcək - Video


15-11-2018, 21:33.

         Bu il qış çox sərt keçəcək - Video

 

Bu il Azərbaycanda qış fəslinin çox sərt keçəcəyi gözlənilir. Müvafiq qurumlar indidən bu duruma hazırlaşmalıdırlar.

Uluyol.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu proqnozu ekoloq Telman Zeynalov verib. Onun sözlərinə görə, qış fəsli vaxtından tez gələcək, havaların sərt və soyuq keçəcəyi gözlənilir.

Telman Zeynalov deyir ki, Günəşdə ləkələrin sayında azalma müşahidə olunur və bu ulduzun daha az aktivlik dövrü başlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva isə bildirib ki, qışın sərt keçib-keçməyəcəyi ilə bağlı fikir səsləndirmək hələ tezdir və nazirlikdə belə bir proqnoz yoxdur.

 


Вернуться назад