Главная > Video xəbər > CNN-də Trampı “irqçi donuz” adlandırdılar-VİDEO

CNN-də Trampı “irqçi donuz” adlandırdılar-VİDEO


5-11-2018, 14:59.

            CNN-də Trampı "irqçi donuz” adlandırdılar-VİDEO

 

ABŞ prezidenti ilə CNN telekanalı arasında müharibə artıq yeni hüdudlara çatıb.

Tərəflər bir-birini təhqir etməkdən çəkinmirlər.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, CNN-in icmalçısı Anna Navarro efirdə ABŞ prezidentini "irqçi donuz” adlandırıb.

Navarro bu sözü Trampın immiqrasiya siyasətini tənqid edərkən işlədib.

Bundan başqa, latın amerikalı mənşəli analitik onu "Trampı irqçi adlandıran adamların siyahısı”na əlavə etməsini istəyib.

Qeyd edək ki, Donald Trampın irqçi düşüncələrə sahib olduğu onun keçmiş vəkili Maykl Koen tərəfindən də təsdiqlənib.

"Mediaite” saytının verdiyi məlumata görə, ABŞ prezidenti vaxtilə yaxın ətrafı ilə söhbətlərdən birində qaradərili vətəndaşların ona səs verəcək dərəcədə ağıllarının olmadığını bildirib.

Vəkilin iddiasına əsasən Tramp Çikaqo şəhərinin kasıb məhəllərinə səyahəti zamanı yenə də "buralarda ancaq qaralar yaşaya bilərlər”,- sözlərini işlədib.

 


Вернуться назад