Главная > Ümumi > Kanadada iki təyyarə toqquşub

Kanadada iki təyyarə toqquşub


4-11-2018, 21:45.

              Kanadada iki təyyarə toqquşub

 

Kanada səmasında iki təyyarə toqquşub.

"Report" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ontario vilayətində, Ottava üzərində, yerli vaxtla saat 10:11-də baş verib. Təyyarələrdən biri toqquşmadan sonra qəzaya uğrayıb, digəri isə Ottava beynəlxalq hava limanında yerə uğurlu eniş edə bilib. Qəza yerinə polis və həkimlər cəlb edilib.

Hadisənin başvermə səbəbi və xəsarət alanlarin olub-olmaması barədə məlumat verilmir.

 


Вернуться назад