Главная > Hadisə > Qusarda sabiq meşə idarəsinin müdir müavini intihar edib

Qusarda sabiq meşə idarəsinin müdir müavini intihar edib


4-11-2018, 15:48.

            Qusarda sabiq meşə idarəsinin müdir müavini intihar edib

 

Qusar şəhərində intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.

M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib.

 


Вернуться назад