Главная > Hadisə > Beyləqan sakinini elektrik cərəyanı vuraraq öldürüb

Beyləqan sakinini elektrik cərəyanı vuraraq öldürüb


2-11-2018, 13:19.

          Beyləqan sakinini elektrik cərəyanı vuraraq öldürüb

 

Beyləqan rayonunda fəhləni elektrik cərəyanı vurub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun birinci Şahsevən kəndində yerləşən pambıq qəbulu və emalı məntəqəsində baş verib.

Belə ki, kənd sakini Rasim Qasımov elektriklə işləyən texniki avadanlıqda təmir bərpa işləri aparan zaman ehtiyyatsızlıqdan cərəyan onu vurub. O, xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад