Главная > Aktual > Ağcabədidə aksiya – sakinlər Heydər Əliyev prospektini bağladı (Foto)

Ağcabədidə aksiya – sakinlər Heydər Əliyev prospektini bağladı (Foto)


22-02-2016, 22:27.
Ağcabədidə aksiya – sakinlər Heydər Əliyev prospektini bağladı (Foto)
Ağcabədi rayonunda sosial müavinət ala bilməyən yerli sakinlər prospekti bağladılar, əraziyə polis gətirildi

Agxeber.com saytının verdiyi məlumata görə, fevralın 22-də sosial müavinət ala bilməyən Ağcabədi sakinlərinin bir hissəsi Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin qarşısındakı Heydər Əliyev prospektini bağlayıblar, iş və sosial yardımların verilməsini tələb ediblər.

Əraziyə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları gətirilib, Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Rövşən Əhmədov, DSMF Ağcabədi şöbəsinin müdiri yolu bağlayan insanların tələblərini yerinə yetrilməsi vədini verdikdən sonra əhali DSMF Ağcabədi şöbəsinin inzabi binasınn qarşısına çəkilib. Amma buna baxmayaraq etiraz edən insanlar bu vədlərə inanmadıqlarını, boş vədlər əvəzinə konkret addımlar atılmasını istəyirlər.

Ağcabədidə aksiya, əhali yolu bağladı - VİDEO, FOTOLAR


Вернуться назад