Главная > Ədəbiyyat > Tərlan Əbilov- "Bir söz" (Qəzəl)

Tərlan Əbilov- "Bir söz" (Qəzəl)


31-10-2018, 19:20.

         Tərlan Əbilov- "Bir söz"  

Mən yazmıyacam kəmsavadın "əzminə" bir söz,
Məndən uma yoldan keçən öz nəzminə bir söz.


Başdan belədir, kimdə duyum yoxdu, sürünmüş,
Tapmaz gəzə kimdir ac olan həzminə bir söz.

Sözsüz qura kim bəzm özünə pulla-parayla,
Olmaz, mən olam orda qonaq bəzminə bir söz.


Nəzmin gözə soxmuş belə "canlar" mənə yaddır,
Məndən çətin olsun belə yüz "təzmin"ə bir söz.

Alçaq elə alçaq qalacaq, yox buna şəkkim-
Mən vursam əgər qalmıyacaq dözmünə bir söz.

Hər şey satılan ölkəni satmaz kişilər var,
Kimlər deyə yox, hər söyüşüm izminə bir söz.

Tərlan, məni yoldan eləmə bəhsə girənlə,
Məndən ala bilməz başıboş yüz minə bir söz.

 

Uluyol.az


Вернуться назад