Главная > Sosial > Prezident 3 rayona yeni icra başçısı təyin etdi

Prezident 3 rayona yeni icra başçısı təyin etdi


30-10-2018, 20:00.

             Prezident 3 rayona yeni icra başçısı təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Minval.infoxəbər verir ki, sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa Asif Əzizağa oğlu Ağayev də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 


Вернуться назад