Главная > Dünya > Azərbaycanlılar Ağ Evin qarşısında aksiya keçirdilər

Azərbaycanlılar Ağ Evin qarşısında aksiya keçirdilər


22-02-2016, 18:53.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlıların yaratdığı Vaşinqton Azərbaycan Komitəsi 21 fevralda Ağ Evin qarşısında Dünya Ana Dili Günü münasibətilə aksiya keçirib.

"Qafqazinfo" xəbər verir ki, Vaşinqtonda yaşayan soydaşlarımızın qatıldığı aksiyada İran hakimiyyəti tərəfindən İİR-də yaşayan 40 milyon türkün ana dilindən istifadə hüquqlarının məhdudlaşdıırlması xatırladılıb, "Ana dilində təhsil istəyirik", "Siyasi məhbuslara azadlıq” şüarları səsləndirilib.


Вернуться назад