Главная > Hadisə > Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib

Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib


31-10-2018, 12:55.

               Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib

 

Bakıda intihar olub.

"Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü İbad Qubad oğlu Namazov yaşadığı evdə ülgüclə boğazını, qollarını və qarnını doğrayıb. Nəticədə o hadisə yerindəcə keçinib. Onun qana boyanmış meyitini yaxınları aşkar edib və bu barədə polisə məlumat veriblər. İ.Namazovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 


Вернуться назад