Главная > Ümumi > İtaliyada külək elə əsdi, yağış elə yağdı - 9 nəfər öldü

İtaliyada külək elə əsdi, yağış elə yağdı - 9 nəfər öldü


30-10-2018, 15:12.

          İtaliyada külək elə əsdi, yağış elə yağdı - 9 nəfər öldü

 

İtaliyada iki gündür ki davam edən kəskin hava şəraiti ilə əlaqədar 9 nəfər həlak olub.

Trend-in məlumatına görə, ümumilikdə 6 vilayət ərazisində "qırmızı həyəcan” verilib.

Paytaxt Romada, Neapolda, eləcə də ölkənin şimalındakı Genuya və Venesiyada məktəblər bağlanıb. Romada çoxlu sayda ağac qırılıb.

 

Genuya hava limanı qeyri-müəyyən müddətədək bağlanıb. Liquriya vilayətində limanların fəaliyyəti dayandırılıb.

Həmin bölgələrdə kəskin hava şəraitinin növbəti bir-iki gün ərzində davam edəcəyi gözlənilir.

 


Вернуться назад