Главная > Ümumi > Ərdoğan “CAN”la dünyanın ən böyük hava LİMANINDA - VİDEO

Ərdoğan “CAN”la dünyanın ən böyük hava LİMANINDA - VİDEO


29-10-2018, 19:00.

         Ərdoğan "CAN”la dünyanın ən böyük hava LİMANINDA - VİDEO

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu "CAN” təyyarəsi İstanbulda açılacaq olan 3-cü hava limanına enib.

 

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da hava limanının açılış mərasimi başlanmış oldu.

Prezident Ərdoğanla yanaşı, hava limanının açılış mərasimində müxtəlif ölkələrin 50-dən çox yüksəkvəzifəli nümayəndəsi iştirak ediblər. Hava limanının ərazisində prezident Ərdoğanın sözləri ilə plakatlar qurulub: "Bu, yalnız hava limanı deyil, bu, qələbənin simvoludur.

Hava limanı birinci mərhələdə ildə 90 milyon sərnişinə xidmət edəcək və sonradan bu say 200 milyona qədər artırılacaq. 26 milyard avro sərmayə ilə inşa edilən bu hava limanı 500 təyyarə, 70 min avtomobil tutumuna görə dünyanın ən böyük hava limanı olacaq.

Yeni hava limanı ümumilikdə 76,5 milyon kvadratmetr ərazini əhatə edir.

Hava limanından ilk beynəlxalq reyslər Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana təşkil ediləcək.

 


Вернуться назад