Главная > Ümumi > Angela Merkel: “Uğursuz hadislərin məsuliyyətini mən daşıyıram”

Angela Merkel: “Uğursuz hadislərin məsuliyyətini mən daşıyıram”


29-10-2018, 17:22.

               Angela Merkel: "Uğursuz hadislərin məsuliyyətini mən daşıyıram”

 

"Ötən dəfə keçirilən federal seçkilərdən bu yana baş verən bütün uğrusuz hadisələrin məsuliyyətini mən daşıyıram”.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının rəhbərliyi ilə görüşdə deyib.

O bildirib ki, başçılıq etdiyi hökumət artıq etibarını itirib.

"Bavariya və Hessedə keçirilən seçkilər və hökumətin qurulması ilə bağlı anlaşılmazlıqlardan sonra əvvəlki kimi fəaliyyət göstərməyəcəyik”, - deyə Angela Merkel vurğulayıb.

Qeyd edək ki, o, partiyasının dekabrda keçiriləcək qurultayın sədr postuna namizəd olmayacağını bildirib. Bu həm də onun 2021-ci ildə kansler postuuna namizəd olmayacağı deməkdir. Partiya sədriliyinə parlamentdəki Mühafizəkar Fraksiyanın başçısı Fredrix Merzin olacağı ehtimal edilir.

 


Вернуться назад