Главная > Sosial > Həyətində kustar üsulla spirtli içki hazırlayan şəxs saxlanılıb

Həyətində kustar üsulla spirtli içki hazırlayan şəxs saxlanılıb


29-10-2018, 17:47.

          Həyətində kustar üsulla spirtli içki hazırlayan şəxs saxlanılıb 

 

Paytaxtın Sabunçu rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində, əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşı Səməd Əhmədov saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, onun Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan kustar üsulla spirtli içkilər hazırlamaq üçün düzəldilmiş qurğu və 360 litr müxtəlif çeşidli alkoqollu içkilər aşkar olunaraq götürülüb.

S.Əhmədov izahatında həmin spirtli içkiləri satmaq üçün hazırladığını bildirib.

Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

 


Вернуться назад