Главная > Region > Bu gün şəhid İltifat Kazımovun doğum günüdür

Bu gün şəhid İltifat Kazımovun doğum günüdür


22-02-2016, 17:58.
Bu gün şəhid İltifat Kazımovun doğum günüdür
Uluyol.info xəbər portalı olaraq Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ad günü və şəhadət günlərin oxuculara təqdim edirik.Bu dəfə şəhid Kazımov İltifat Pirverdi oğlu haqqında:
 
1969-cu il fevralın 22-si  Neftçala rayonu Aşağı Qaramanlı kəndində dünyaya göz açmış İltifat Kazımov orta məktəbidə elə bu kənddə tamamlayır.Şirvan şəhərində yerləşən Neft Sənayesi texnikomunun 4 kursunda olarkən könüllü olaraq Vətənin müdafiəsinə yollanır.Sovet hakimiyyəti dönəmində iki il hərbi xidmət keçmişdi və çavuş rütbəsi ilə qayıtmışdı.
 
Ordu sıralarına getdikdən sonra müxtəlif vəzifələrdə olan İltifat Kazımov göstərdiyi şücaətə görə bir neçə dəfə haqqında "Azadlıq" və "Boz Qurd" qəzetlərində geniş yazılar dərc olunmuşdu. Ağdamın Mahrızlı,Xramord,Şelli,Mərzli,Novruzlu,Güllücə kəndləri uğrunda xüsusilə fərqlənmişdi.İki tank vurmuşdu,17 nəfəri mühasirədən qurtarmışdı.
 
1994-cü il martın 30-u Ağdamın Novruzlu kəndi uğrunda gedən döyüşlərdə həlak olur. Aşağı Qaramanlı kənd xəstəxanası İltifat Kazımovun adın daşıyır.Məzarıda Aşağı Qaramanlı  qəbiristanlığındadı.

Bu gün şəhid İltifat Kazımovun doğum günüdür
İlahiyyatçı Hacı Emil Rahiloğlu facebook sosial şəbəkəsində İltifat Kazımov haqda yazdıqları: "Bu gün Qarabağın Azadlığı uğurunda qəhərmancasına vuruşaraq şəhid olmuş əmim İltifat Kazımlının doğum günüdür. O ,1969-ilin fevral ayının 22-si Neftçala rayonu A. Qaramanlı kəndində sadə neftçi ailəsində dünyaya göz açmış və 1994-cü il mart ayının 30-da Ağdamın Azadlığı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Onu da qeyd edim ki, əmim çox böyük qəhrəmanlıqla vuruşmuşdur. Amma təəssüflər olsun ki, ona milli qəhrəman adı verilməsi üçün lənətə gəlmiş "şirin"i istədilər. Böyüklərimiz isə "bir övlad vermişik, hələ şirni də verməliyik?" deyərək şirini ilə alınan qəhrəmanlıqdan vaz keçdilər. Allah bütün şəhidlərimizi Kərbəla şəhidlərinə xatir öz rəhmətinə qovuşdursun. Amin."


ULUYOL.İNFO
Saday FƏRƏCOV
 


Вернуться назад