Главная > Ümumi > Ermənistan baş nazirinin müavini iş vaxtı marixuana çəkməkdə ittiham olunub

Ermənistan baş nazirinin müavini iş vaxtı marixuana çəkməkdə ittiham olunub


29-10-2018, 13:36.

       Ermənistan baş nazirinin müavini iş vaxtı marixuana çəkməkdə ittiham olunub

 

Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan onu marixuanadan istifadədə ittiham edən Ermənitanın "politik.am" nəşrini məhkəməyə verməyə hazırlaşır.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl mənbələrinə istinadən edən nəşr T.Avinyanın dostları ilə birlikdə iş saatında hökumət binasında marixuana çəkdiyini yazıb.

"Ünvanıma böhtan atdığına görə, "politik.am"a qarşı iddia qaldırmaq niyyətindəyəm. Məlumat verirəm ki, bu cür hallarda böhtana görə yalnız ictimai üzrxahlıq etmək tələb olunmayacaq, həm də kompensasiya tələb olunacaq. Vəsaiti yüksək bacarıq göstərən jurnalistika fakültələrinin tələbələrinin təhsil haqlarının ödənilməsi üçün istiqamətləndirəcəyəm", - T.Avinyan "Facebook" səhifəsində yazıb.

 


Вернуться назад