Главная > Ümumi > Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb


28-10-2018, 20:17.

              Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

 

Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. "Report" xəbər verir ki, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Xatırladaq ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olub. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

 


Вернуться назад