Главная > Hadisə > Azərbaycanlı özünü 42-ci mərtəbədən atdı, sağ qaldı - Foto

Azərbaycanlı özünü 42-ci mərtəbədən atdı, sağ qaldı - Foto


28-10-2018, 15:35.

             Azərbaycanlı özünü 42-ci mərtəbədən atdı, sağ qaldı - Foto

 

Türkiyənin Konya şəhərində tükürpədən hadisə baş verib.

Publika.az xəbər verir ki, hadisə Fərid paşa məhəlləsi, Qüllə küçəsində yerləşən 42 mərtəbəli plazada yaşanıb. Binanın üst mərtəbəsinə qalxan 23 yaşlı gənc özünü aşağı atıb. Xoşbəxtlikdən ticarət mərkəzinin yemək bölümünə düşən oğlan ölməyib. O, tavandan asılı vəziyyətdə qalıb.

Hadisə yerinə gələn ilk təcili tibbi yardım və polis işçiləri gənci xilas edə biliblər. Azərbaycanlı olduğu məlum olan 23 yaşlı T.A-nın ağır yaralı olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

 


Вернуться назад