Главная > Kriminal > Neftçalada tapılmış cəsəd ekspertiza üçün Bakıya yola salındı

Neftçalada tapılmış cəsəd ekspertiza üçün Bakıya yola salındı


22-02-2016, 14:57.

Xəzər dənizindədə tapılmış kişi meyidi üzərində aparılmış tanınma nəticə vermədiyi cəsəd Bakıya yola salındı.

Virtualaz.org-un bölgə müxbirinin səhər xəbər verdiyi kimi, ötən gün Xəzər dənizindən aşkar edilərək Neftçala rayonuna çıxarılmış naməlum kişi meyiti müayinə və tanınma keçirilməsi üçün dünən axşam Salyan rayonlararası zona Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə gətirilmişdi.

Virtualaz.org bildirir ki, cəsədin "Günəşli” neft yatağında baş vermiş yanğın zamanı itkin düşmüş neftçilərdən ola biləcəyi ehtimalı yarandığından onlara ailələrinə bu barədə məlumat verilmişdi. Amma cəsəd kəskin çürüdüyü üçün tanınma prosesi bir nəticə verməyib.

Ona görə də, virtualaz.org-un bölgə müxbirinin məlumatına əsasən, indicə cəsəd üzərində laborator ekspertiza aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" ETT Birliyinin Bakı şəhəri Xətai rayonunuda yerləşən şöbəsinə yola salınıb. 


Вернуться назад