Главная > Ümumi > Nikol Paşinyan: Con Bolton mənim adımdan danışa bilməz

Nikol Paşinyan: Con Bolton mənim adımdan danışa bilməz


27-10-2018, 20:44.

               Nikol Paşinyan: Con Bolton mənim adımdan danışa bilməz

 

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvandakı açıqlamaları ilə bağlı fikirlərini bölüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Con Boltonun dekabrda keçiriləcək parlament seçkilərindən sonra Qarabağ məsələsində qəti addımların atılacağı barədə sözlərinə reaksiya verib.

Paşinyanın fkrincə, Con Boltonun onun adından danışmağa haqqı yoxdur.

"Hər kəs öz adından danışmalıdır. Con Bolton da həmçinin... Ümumiyyətlə nəinki Con Boltonun, heç kim mənim adımdan danışa bilməz”, Paşinyan deyib.

Nikol Paşinyan seçkilərin nəticələrinin həqiqətən müəyyən imkanlar verə biləcəyini vurğulayıb. Lakin o, Ermənistan rəhbərliyi üçün qəbul edilməz heç bir anlaşmaya getməyəcəklərini söyləyib.

Ermənistanın ABŞ-dan silah almaq perspetktivinə gəlincə isə, Paşinyan hökumətin bu məsələdə əl –qolunun bağlı olmadığını bildirib. "Əgər ABŞ-dan sərfəli təklif gəlsə bunu müzakirə edərik”, Ermənistan baş naziri qeyd edib.

 


Вернуться назад