Главная > İqtisadiyyat > Azərbaycan neftinin son qiyməti
Azərbaycan neftinin son qiyməti27-10-2018, 09:33. |
Azərbaycan neftinin son qiymətiCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 78,12 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,06 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 76,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 25-də 73,53 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,01 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 25-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.
Вернуться назад |