Главная > Baş Xəbər / Qarabağ > Ermənilər Qarabağın tarixini məhv edirlər

Ermənilər Qarabağın tarixini məhv edirlər


26-10-2018, 14:40.

         Ermənilər Qarabağın tarixini məhv edirlər

 

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində maddi-mənəvi dəyərlərimizi də yer üzündən silməkdə, tariximizi saxtalaşdırmaqdadır.

 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu günlərdə Xankəndi şəhərindəki kilsələrdən birinin həyətində qazıntı işi aparan ermənilər orada nəhəng daş piltələr aşkarlayıblar.

Separatçı qurumun "mədəniyyət və turizm agentliyinin rəhbəri” Sergey Şahverdiyan deyib ki, hazırda işlər dayandırılıb və onlar araşdırmalara başlayıblar. O, deyib ki, hələlik meydandakı daş lövhələrin tarixi, nə məqsədlə düzülməsi barədə bir söz deyə bilməzlər.

Yəqin ki, araşdırmalardan sonra erməni quldurları saxta tarix düzüb-qoşacaqlar və Xanın yurduna hansısa erməni mifini pərçimləyəcəklər.

Ermənilərin vandallığı bununla bitmir. Məlumata görə, Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərdə də bənzər "arxeoloji qazıntılar” aparılır.

Yəqin ki, rəsmi Bakı və Mədəniyyət Nazirliyi məsələyə kəskin reaksiyasını bildirəcək.


 


Вернуться назад