Главная > Hadisə > Xırdalanda 40 yaşlı kişi keçmiş arvadını ölümcül bıçaqladı

Xırdalanda 40 yaşlı kişi keçmiş arvadını ölümcül bıçaqladı


26-10-2018, 12:41.

            Xırdalanda 40 yaşlı kişi keçmiş arvadını ölümcül bıçaqladı

 

Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ü.Məmmədovanın vəziyyəti ağır olduğundan, onun dindirilməsi mümkün olmayıb.

Hadisəni törədən M. Piriyev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

 


Вернуться назад