Главная > Dünya > Hansı millətdən nə qədər “qanuni oğru” var? - Siyahı

Hansı millətdən nə qədər “qanuni oğru” var? - Siyahı


22-02-2016, 01:28.
Dünyada "qanuni oğru” adı daşıyan kriminal imicli şəxslərin sayı
485-dir. ("qanuni oğru” kriminal titulu yalnız keçmiş SSRİ məkanına
məxsusdur)

Demokratiya.info Rusiya KİV-nə istinadən xəbər verir ki, onların
118-i həbsdə, 14-ü isə axtarışdadır. Ən yaşlı "qanuni oğru”
keçən əsrin 70-ci illərindən ABŞ-da məskunlaşan 88 yaşlı Borya
Uşatıy və onun Gürcüstanın Kutaisi şəhərindən olan həmyaşıdı
Kukura Zedaşidzedir. Ən gənc "oğru” isə yenə millyyətcə gürcü
olan 22 yaşlı Rezo Ubilavadır.

Dünyadakı "qanuni oğru”ların 57 faizi milliyyətcə gürcüdür.
Onların arasında Şuşanaşvili, Tvalçelidze, Qoqoladze, Mikaeladze,
Caparidze, Papiaşvili və Kardava kimi məşhur klanlar var.

İkinci ən titullu xalq isə ruslardır. Onların 61-i kriminal aləmin bu
nüfuzlu adını daşıyır.

Say çoxluğuna görə 3-cü pillədə ermənilərdir. Rusiya mətbuatı
iddia edir ki, erməni "oğrular” Rusiyada deyil, daha çox öz tarixi
vətənləri Ermənistanda yaşayırlar. Səbəb isə yerli hakimiyyətin
onlara çox komfortlu şərait yaratmasıdır.

Maraqlıdır ki, azsaylı yezidi kürdlər ən çox "qanuni oğru” adına
sahib 4-cü etnosdur. Artıq 25 ildir ki, yezidi kürdlər öncə
"Ded Xasan”, sonra isə Zaxari Kalaşovun rəhbərliyi altında bütün
MDB kriminalitetinə başçılıq edirlər.

Azərbaycanlılar "qanuni oğru”ların sayına görə (18 nəfər) 5-ci,
abxazlar isə 6-cı pillədədir.

Gürcülər – 276 (57 faiz)
Ruslar – 61 (13 faiz)
Ermənilər – 35 (8 faiz)
Yezidi kürdlər – 27 (6 faiz)
Azərbaycanlılar – 18 (4 faiz)
Abxazlar – 9 (2 faiz)
Çeçenlər – 8 (2 faiz)
Ukraynalılar – 7 (2 faiz)
Yəhudilər – 6 (2 faiz)
Tatarlar – 5 (2 faiz)
Yunanlar – 5 (2 faiz)
Osetinlər – 3 (1 faiz)
Avarlar – 1(1 faiz)
Ləzgilər – 1 (1 faiz)
Talışlar -1 (1 faiz)

Вернуться назад