Главная > Hadisə > Gəncədə orta yaşlı kişi bıçaqlanıb

Gəncədə orta yaşlı kişi bıçaqlanıb


25-10-2018, 09:12.

            Gəncədə orta yaşlı kişi bıçaqlanıb

 

Gəncə şəhərində yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Adıgözəlov Elçin Fəxrəddin oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Cərrahiyyə əməliyyatı olunan E.Adıgözəlovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад