Главная > Ümumi > Bədənindən tər əvəzinə qan gəlir

Bədənindən tər əvəzinə qan gəlir


25-10-2018, 08:40.

          Bədənindən tər əvəzinə qan gəlir

 

21 yaşlı İtaliya sakinində nadir xəstəlik tapılıb. Belə ki, o, tərləyəndə bədənindən tər yox, qan axır. Bu barədə "The Independent” Kanadanın tibbi assosiasiyasının jurnalına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, emosional gərginlik zamanı qanlı tər qadının üzündə və ovuclarında əmələ gəlir.

 

Bu cür tutmalar isə daha çox yuxu zamanı özünü göstərir. Bu yuxuların və tutmaların uzunluğu isə 1-5 dəqiqə arasında davam edir. Bu xəstəlik ucbatından 21 yaşlı qadın cəmiyyətdən qaçmağa başlayıb. Onda kliniki depressiya və panika ilə müşayiət olunan kədər halları da yaşanır. Həkimlər isə qadında hematidroz xəstəliyi aşkarlayıblar. Bu, 10 milyon adamdan birində öz əksini tapır. Hematidroz xəstəliyi zamanı tər əvəzinə insanın bədəni qan ifraz edir və bu, dərinin üst təbəqəsinə çıxır.

 

Qadına bir neçə dərman təyin olunub. Bunlardan biri də beta-adrenoblokatordir ki, bu, gücü azaldır və ürək tutmalarının sayını minimuma endirir.

 


Вернуться назад