Главная > Ümumi > Ukrayna Ali Radasının deputatı dövlət bankından 20 milyon dollar mənimsəməkdə ittiham olunur

Ukrayna Ali Radasının deputatı dövlət bankından 20 milyon dollar mənimsəməkdə ittiham olunur


24-10-2018, 08:56.

         Ukrayna Ali Radasının deputatı dövlət bankından 20 milyon dollar mənimsəməkdə ittiham olunur

 

Ukraynanın Milli Antikorrupsiya Bürosu Ali Rada deputatının dövlət bankından 20 milyon dollar mənimsəməsi üzrə cinayət işini araşdırmağa başlayıb.

AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, deputat öz mövqeyindən sui-istifadə edərək saxta sənədlərlə pulları mənimsəməyə bilib. Bu cinayətdə iştirak etməyə görə ittiham olunanların sayı 10-u ötüb.

Araşdırmaların nəticəsi məhkəməyə göndəriləndə deputatın kimliyi açıqlanacaq.

 


Вернуться назад