Главная > Mədəniyyət > Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına layiq görüldü

Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına layiq görüldü


23-10-2018, 18:23.

           Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına layiq görüldü

 

Beynəlxalq Mahmud Kaşqari Fondu ənənəvi olaraq hər il müxtəlif ölkələrdə yaşayan, ümümtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətləri olan məşhur yazarları mükafatlandırır. Bu yaxınlarda Fondun idarə heyətinin qərarı ilə görkəmli Azərbaycan şairi Rüstəm Behrudi laureatlar sırasında yer alıb.

 

 

Bu haqda Beynəlxalq Mahmud Kaşqari Fondunun Təşkilat Komitəsindən bildirilib.

 

Son bir il ərzində Rüstəm Behrudinin Türkiyədə iki, Azərbaycanda üç, Tatarıstanda və Orta Asiya Respublikalarında şeir, nəsr, fəlsəfi düşüncələrdən ibarət əsərlər topluları nəşr edilib, əsərləri Yakutiyada çap olunub. Beynəlxalq Mahmud Kaşqari Fondunun "Mahmud Kaşqari-1000” medalı türk xalqları ədəbiyyatı qarşısında göstərdiyi müstəsna xidmətlərinə görə verilir.

 

Fonddan bildiriblər ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda təqdimat mərasimi keçiriləcək.//musavat.com

 

Uluyol.az

 


Вернуться назад