Главная > Hadisə > Dərbənddə 3 azərbaycanlı işçi tikinti sahəsində hündürlükdən yıxılaraq ölüb

Dərbənddə 3 azərbaycanlı işçi tikinti sahəsində hündürlükdən yıxılaraq ölüb


23-10-2018, 12:44.

       Dərbənddə 3 azərbaycanlı işçi tikinti sahəsində hündürlükdən yıxılaraq ölüb

 

Dərbənddə üç işçi tikintidə yüksək hündürlükdən yıxılaraq ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, Dağıstanın güc strukturlarındakı mənbə ölənlərin azərbaycanlı olduğunu bildirib.

Məlumata görə, ilkin ehtimal kimi, onların hündürlükdən yıxılaraq öldükləri nəzərdən keçirilir. Eyni zamanda, hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Qeyd edək ki, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti çərşənbə axşamı Dərbənddə tikinti sahəsinin yaxınlığında üç nəfərin meyitinin aşkar olunduğu xəbərini təsdiqləyib.

 


Вернуться назад