Главная > Aktual > Con Kerri: Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olunub

Con Kerri: Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olunub


21-02-2016, 23:51.
Kerri: Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olunub
ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər.  

Bu haqda Kerri fevralın 21-də Əmmanda İordaniyanın xarici işlər naziri Nasser Judeh ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib. 

Kerri deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər. 

ABŞ dövlət katibi onu da deyib ki, Barak Obama və Vladimir Putinin növbəti günlərdə  bununla bağlı söhbət edə bilərlər. (Azadlıq radiosu)


Вернуться назад