Главная > Təhsil > Təhsil Nazirliyinə İmişlidə məktəb tikintisi üçün 1 milyon manat ayırılıb

Təhsil Nazirliyinə İmişlidə məktəb tikintisi üçün 1 milyon manat ayırılıb


22-10-2018, 19:05.

 

       Təhsil Nazirliyinə İmişlidə məktəb tikintisi üçün 1 milyon manat ayırılıb

 

Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Azərtac-ınməlumatına görə, sərəncamla İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayırılıb.

 


Вернуться назад