Главная > İqtisadiyyat > ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir


10-10-2018, 21:50.

         ABŞ Dövlət Departamenti: "Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

 

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti deyib.

C.Kent qeyd edib ki, bəzi ölkələr enerji amilini silah kimi istifadə edir:

""Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir. Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir”.

 


Вернуться назад