Главная > Türk Dünyası / Cəmiyyət > İran parlamentində tələb: “40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun”

İran parlamentində tələb: “40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun”


8-10-2018, 18:45.

    İran parlamentində tələb: "40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun”

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda 40 milyon türk üçün qəzet və televiziya kanalının təsis edilməsini tələb edib.

 

Avropa.info xəbər verir ki, bu barədə oktyabrın 7-də parlamentdə çıxış edən millət vəkili İran Teleradio Şirkətinin rəisi və İslami İrşad və Mədəniyyət nazirinə xitabət tələblərini irəli sürüb.

O, Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə xitabən deyib: "Konstitusiyanın 15 və 19-cü maddələrinə əsasən İranda 40 milyonluq türk cəmiyyətinin 24 saat yayımlanan televiziya kanalına ehtiyacı var. Nə üçün ölkə əhalisinin yarısını təşkil edən türklərə əhəmiyyət vermirsiniz?”- deyə millət vəkili vurğulayıb.

N.Qazipur İslami İrşad və Mədəniyyət naziri Abbas Salehiyə xitabən isə türklər üçün qəzetin təsis edilməsini istəyib. "40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun”.

 


Вернуться назад