Главная > İqtisadiyyat > Amerikalı iqtisadçılar Nobel mükafatı aldı

Amerikalı iqtisadçılar Nobel mükafatı aldı


8-10-2018, 16:28.

       Amerikalı iqtisadçılar Nobel mükafatı aldı

 

2018-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı iqtisadçılar Vilyam Nordhaus və Pol Romer layiq görülüblər. Novator.az-ın məlumatına görə, qərarı İsveç Elmlər Akademiyası oktyabrın 8-də açıqlayıb.

Rəsmi bəyanata əsasən, 1941-ci il təvəllüdlü Vilyam Nordhaus Nobel mükafatına iqlim dəyişikliyinin uzunmüddətli makroiqtisadi analizə inteqrasiyası üzrə tədqiqata, 1955-ci il təvəllüdlü Pol Romer isə texnologiya innovasiyalarının uzunmüddətli makroiqtisadi analizə inteqrasiyası üzrə tədqiqata görə layiq görülüb.

Nobel mükafatının məbləği 9 milyon İsveç kronudur.

2018-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına Ceyms Ellison və Tasuku Hondze, fizika üzə Nobel mükafatına Artur Eşkin, Jerar Muru, Donna Strikland, kimya üzrə Nobel mükafatına Frensis Arnold, Corc Smit, Qreqori Vinter, Nobel sülh mükafatına Denis Mukveqe və Nadiyə Murad layiq görülüblər.

 


Вернуться назад