Главная > Dünya > Dəməşqdə dəhşətli partlayış –İŞİD üzərinə götürdü

Dəməşqdə dəhşətli partlayış –İŞİD üzərinə götürdü


21-02-2016, 20:20.

Suriyanın paytaxtı Dəməşqin cənubunda 4 dalbadal partlayış baş verib. Partlayışlardan 3-ü terrorçu-kamikadzelər tərəfindən, 1-i isə avtomobilə yerləşdirilmiş bombanın işə düşməsi nəticəsində baş verib. 

 

Axar.az xəbər verir ki, Suriya Müqavimət Hərəkatının nümayəndələrindən birinin "RİA Novosti"yə verdiyi məlumata görə, partlayışlar nəticəsində ölənlərin sayı 70-ə çatıb. Onlarla yaralı xəstəxanalara yerləşdirilib.

 

Partlayışlar paytaxtın şiələrin kompakt yaşadığı Seyid Zeynəb kvartalında baş verib. 

 

Dəməşqdə baş verən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 


Вернуться назад