Главная > Ümumi > Parisdə atışma olub, yaralananlar var

Parisdə atışma olub, yaralananlar var


7-10-2018, 18:34.

              Parisdə atışma olub, yaralananlar var

 

Fransanın paytaxtı Parisin mərkəzində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Məlumata görə, hadisə Yelisey Sarayı rayonunda qeydə alınıb. Naməlum şəxslər avtomobildə oturan insanlara atəş açıblar. İnsident nəticəsində 2 nəfər yaralanıb.

Hadisəni törədənlər qaçaraq gizləniblər. Yaralılara ilk olaraq polis əməkdaşları kömək ediblər. Bundan sonra onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqat aparılır.

 


Вернуться назад