Главная > Region > Müsavat Partiyası Gəncədə müşavirə keçirdi – FOTOLAR

Müsavat Partiyası Gəncədə müşavirə keçirdi – FOTOLAR


21-02-2016, 18:29.

Müsavat Partiyası Gəncədə müşavirə keçirdi – FOTOLAR

Fevralın 21-də Gəncə şəhərində Müsavat Partiyasının zona müşavirəsi keçirilib. Bu haqda "Basta”ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülaga Aslanlı məlumat verib.  Müşavirədə partiyanın Gəncə, Göygöl, Goranboy, Şəmkir, Ağstafa və Qazax təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MNTK sədri Sevinc Hüseynova və Müsavat başqanının müavini Osman Kazımov ölkədəki ictimai siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında məlumat veriblər. Yerli təkilatların rəhbərlərinə yeni təlimatlar çatdırılıb.

Toplantıda həmçinin Məclis üzvü Cahangir Əmirxanlı və yerli təşkilatların təmsilçiləri çıxış ediblər. 

Müsavat Partiyası fevral ayında Azərbaycanın bölgələrində zona müşavirələri keçirib. Bundan əvvəl partiyanın rəhbərliyinə daxil olan şəxslər Göyçay,  Şəki, Balakən, Quba, Salyan, Cəlilabad, Şamaxı,  rayonlarına səfər edərək, analoji müşavirələr keçiriblər.

Mustafa Hacıbəyli, bastainfo.com


Вернуться назад