Главная > Ümumi > İran işğalçı Ermənistanı qazla təmin edəcək

İran işğalçı Ermənistanı qazla təmin edəcək


7-10-2018, 15:34.

                İran işğalçı Ermənistanı qazla təmin edəcək

 

Bu gün Yerevanda İran-Ermənistan qaz kəmərinin ikinci mərhələsinin tikintisinin başa çatmasını bayram edirlər.

Kəmərin tikintisinə Rusiyanın "Qazprom” şirkəti kömək edib. "Qazprom”un rəhbəri Aleksey Miller bu qaz kəmərinin işğalçı dövlətin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacağını deyib: "Həmçinin, Ermənistan istehlakçılarının etibarlı və sabit enerji resursları ilə təminatı üçün mühüm layihədir”.

Qeyd edək ki, Ermənistanın özünün qazı yoxdur. Onun qaz tələbatını indiyədək Gürcüstanın ərazisindən istifadə etməklə Rusiya təmin edirdi. Hazırda isə bu təminata İran da qoşuldu. 2019-cu ilədək İran-Ermənistan qaz kəmərinin gücünün 2 milyard 300 milyon kub metrədək artırılması planlaşdırılır.


Вернуться назад